SON XƏBƏRLƏR

Urmu gölü ilə bağlı böyük dirəniş: Güney Azərbaycan təşkilatları xalqı kütləvi aksiyalara çağırdı

2022.07.10, 14:17
Urmu gölü ilə bağlı böyük dirəniş: Güney Azərbaycan təşkilatları xalqı kütləvi aksiyalara çağırdı

Gunaz.tv

"Əziz Azərbaycan türk Milləti,

Bildiyiniz kimi, son günlər Urmu gölünün vəziyyəti yenidən kritikləşib və uzmanların verdiyi məlumatlara görə, mövcud şərtlər belə davam edərsə, Urmu gölü qısa müddət ərzində geri dönməz şəkildə quruyacaq. Bu şərtlər altında Güney Azərbaycanın coğrafiyası həyati təhlükə ilə üzləşəcək.

Təəssüflər olsun ki, İran rejimi körfəzdən İranın mərkəzi çöllərinə su nəqli üçün inanılmaz pullar ayırdığı halda, Urmu gölünün qurtarılması üçün büdcə vəsaiti ayırmaqdan və görün qurumasının qarşısının alınamssı  ilə bağlı əməli addımlar atmaqdan imtina edir.

Bununla bağlı son günlər Güney Azərbaycan şəhərlərində və sosial şəbəkələrdə etiraz dalğası başlayıb.

Millətimiz yoxsulluqdan, bahalıqdan, işsizlikdən bezdiyi halda, indi də İran rejiminin işi olan Urmu gölünün məhv olma təhlükəsindən dolayı hüzün və qəzəbə qərq olub. Şübhəsiz ki, bu durumda millətimizin etiraz səsini ucaltmaqdan başqa çarəsi yoxdur"-deyə, bəyanatda bildirilir.

Güney təşkilatları bildirib ki, cəmiyyətin müxtəlif təbəqələri həmrəy olmalı, Urmu gölünün qurudulmasına etiraz etməlidir:

"Biz, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzi olaraq xalqımızın müxtəlif təbəqələrini hər bir cəmiyyətin demokratik və ayrılmaz hüququ olan küçələrdə dinc etiraz aksiyalarında iştirak etməyə çağırıq.

Millətimizin etiraz səsi və zülmə fəryadını bütün dünyaya eşitsin. Təbii ki bu, millətimizin yoxsulluq və bahalıqdan tutmuş işsizliyə, korrupsiyaya qədər bütün problemlərinə və ən başda Urmu gölünün quruması fəlakətinə etirazı olacaq.

Aksiyanın vaxtı: Şənbə, 16 İyul (25 tir), Saat 18.00.

Mitinqlərin keçiriləcəyi yerlər:

Təbriz: Rasta Küçə, Bazar Ağzı
Urmu: Bazar Ağzı, İmam-Ətayi dördyolu
Ərdəbil: Şəriəti dördyolu
Zəncan: Səbzə meydan
Tehran: İmam Hüseyn meydanı və Azərbaycanın digər şəhərlərinin mərkəzi meydanları".

Bəyanatı 

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə daxil olan təşkilatlar:
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar