SON XƏBƏRLƏR

Güney Böyük Zəfər bayramına hazırlaşır- Güney Azərbaycan təşkilatlarından Şuşa ilə bağlı bəyanat

2021.11.01, 12:15
Güney Böyük Zəfər bayramına hazırlaşır- Güney Azərbaycan təşkilatlarından Şuşa ilə bağlı bəyanat

Gunaz.tv

Bəyanatda deyilir:

"2020-ci ilin 8 noyabrına düşən böyük bir zəfər xəbəri dünya mediasında yer aldı.

"Azərbaycanın Şuşa şəhəri Ermənistan işğalından azad olundu!” xəbərinin yayılması böyük çoşğu ilə qarşılandı.

44 günlük Vətən cavaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut kimi böyük rayon və qəsəbələr də daxil 300-dən çox yerləşim bölgəsi düşmənin əlində alındı. 

Qəhrəman Azərbaycan ordusunun zəfəri Şuşa zirvəsinə dayanarkən işğalçı Ermənistanın Rusiyadan imdad istəyi qaçılmaz oldu. Putinin Rusiyasını həbri qüvvələri gecə yarısı yola çıxaraq, Azərbaycan sərhədlərinə dayandı.

Putinin zorbalığa əsaslanan diplomasıyası Azərbaycan ordusunu durdurdu, Qarabağın bütünlüklə xilas edilməsini əngəllədi. 

Vətənimizin 900 yaşayış məntəqəsindən ancaq 215-i işğaldan azad edildi".

Bəyanatda qeyd olunur ki, Şuşanın işğaldan qurtuluşu ilə Azərbaycan türk milləti və dövləti 200 illik milli zəfər həsrətinə son qoydu.

"Şuşanın qurtuluşu ilə milli bayrağımız işğal olunmuş bölgələrdə dalğalandı. 

Dünyanın bir çox böyük mərkəzlərində 100 minlərcə soydaşımız əllərində dövlət bayrağı, dillərində isə dövlət himni meydanlara axışdı. Coşğulu ayaqlanma, alnıaçıq millət görüntüsü 50 milyonluq Azərbaycan türk millətinin milli diasporunun hüquqi şəxsiyyətini açıqcasına göstərdi.

Belə ki, millət-dövlət niyyəti bir olunca dağ yerindən oynar!"-deyə, bəyanatda bildirilir.

Milli təşkilatlar hesab edir ki, Türkiyənin bütün sahələrdə Azərbaycana qardaş dəstəyi yalnız 44 günlük Vətən savaşı sürəcində türk birliyinin necə dərin kökə malik olduğunu hər kəsə göstərdi:

"Şuşanın azad olmasıyla 300 milyonluq türk dünyası ürəkdən sevindi.

İran adlanan dövlət iki fərqlı tabloda ortaya çıxdı. Çoxsaylı qeyri-fars millətlər sevinərkən, azsaylı fars etnosu yasa doldu. İrançı sistem: hakimiyyət və müxalifət birlikdə ikinci Ermənistan kimi davranış ortaya qoydu.

Şuşanın qurtuluşu ilə bütün farsçı rejimi üçün siyasi zəlzələ effekti oldu. Azərbaycanın böyük zəfərini kiçik göstərmək üçün rejim bütün varaintlara əl atdı.  Los-Ancelesdəki İran müxalifəti erməni diasporuna çevrildi.

Ancaq Güney Azərbaycanda açılan ”Biz Azərbaycan tərəfində deyilik, Biz Azərbaycanın özüyüq!", Ya Qarabağ, ya ölüm! Qarabağ bizimdir, bizim olacaq!”… kimi şüarlar farsçı mollalar, habelə irançı müxaliflər üçün ölümcül zərbə oldu.

Güneydə Azərbaycan Milli Hərəkatı, vətənin quzeyi üçün yüzlərcə məhbus verərək bir Vətən, bir Azərbaycan varlığını ortaya qoydu".

Sənəd müəllifləri inamla vurğulayır ki, vaxt gələcək Qarabağ bütünlüklə rus işğalından qurtulacaq:

"Bu zəfərli savaş istər diplomatik cəbhədə, istərsə də meydan hərəkatında özünü qəti şəkildə göstərəcək!

Türkiyə-Azərbaycan qardaşlığı, ayrıca Güney Azərbaycanda gündən-günə dirçələn Azərbaycan Milli Hərəkatı Kiçik Ermənistan dövlətinə və onun dəstəkləyən Rus-Fars-Fransa istismarçılarına bundan artıq əl-qol açmaq imkanı verməyəcək!"

Bəyanatda bildirirlir ki, Güney Azərbaycanda 8 noyabr Zəfərinin anım gününə hazırlıq gedir: 

"Azərbaycanın güneyində hər cür işğalçı rejim sıxıntısına, koronavirus pandemiyasına dözən millətimizin Qarabağ zəfərinin sevinci hələ də davam edir.  Alınan bilgilərə görə, noyabr ayının 8-ə özəl hazırlıqlar gedir. Güney Azərbaycan xalıq Böyük Zəfər günü bayramına hazırlaşır. 

Biz Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulu olaraq mədəniyyət paytaxtımız olan Şşanın azad olunmasını başda Ali Baş Komandanı İlham Əliyev olmaqla böyük Türk millətini və Azərbaycan xalqını təbrik edir, qazilərimizi sayğı ilə yad edir, şəhidlərimizin uca ruhları qarşısında baş əyirik".

Bəyanatı Güney Azərbaycan Qurumlarının Əməkdaşlıq Qurulunun üzvü olan aşağıdakı təşkilatlar imzalayıb:

1. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC)
2. Azərbaycan Mərkəz Partiyası (AMP)
3. Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4. Azərbaycan Öyənci Hərəkatı (AZOH)
5. Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
7. Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)


CE

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar