SON XƏBƏRLƏR

Güneydə ana dilində təhsil: İran parlamentində yeni vədlər səsləndirilib

2021.11.17, 11:49
Güneydə ana dilində təhsil: İran parlamentində yeni vədlər səsləndirilib

Gunaz.tv

Komissiyanın çərşənbə axşamı keçirilən iclasında o, ölkənin məktəb və universitetlərində yerli və etnik dillərin tədrisi ilə bağlı İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinin icrası üzrə ümumi planın üzvlər tərəfindən təsdiq edildiyini söyləyib.

Onun sözlərinə görə, komissiyanın əsas gündəliyi İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsinin (ölkənin məktəb və universitetlərində yerli və etnik dillərin tədrisi) həyata keçirilməsi planının araşdırılması və dəyərləndirilmısi olub.

“Ana dilində təhsil haqqı, insan hüquqları sənədləri və müqavilələrinin bir çoxunda, o cümlədən ümumdünya dil hüquqları bəyannaməsi, etnik, milli mənsubiyyətli şəxslərin hüquqları bəyannaməsinin 3 və 4-cü

maddələri, dil və dini azlıqlar, uşaq hüquqları haqqında Konvensiyanın 30-cu maddəsində, habelə mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktın 27-ci maddəsi vurğulanır”-deyə, Munadi “Xaneyi Millət” agentliyinə verdiyi müsahibədə bildirib.

“Həmçinin İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində məktəblərdə fars dili ilə yanaşı, ana dilində də təhsil almaq hüququ vurğulanır.

Konstitusiyanın 15-ci maddəsində deyilir: İran xalqının rəsmi və ortaq dili və yazısı fars dilidir. Rəsmi sənədlər və mətnlər və dərs kitabları bu dildə və yazıda olmalıdır, lakin mətbuatda və kütləvi informasiya vasitələrində yerli və etnik dillərdən istifadə və onların ədəbiyyatının tədrisi fars dili ilə yanaşı məktəblərdə pulsuzdur”-deyən Monadi bu planın 11-ci parlamentin 30 nümayəndəsi tərəfindən imzalandığını qeyd edib.

“Bu plan ölkə qövmlərinin ən mühüm tələblərindən birinə cavab vermək üçün hazırlanıb və bu gün parlamentin Maarif Komissiyasının gündəliyinə salınıb.

Bugünkü iclasda bununla bağlı Təhsil Nazirliyinin proqramına dair hesabat təqdim edilib və bu ədəbiyyatın ölkənin müxtəlif yerlərində etnik və yerli dillərdə necə tədris olunması müzakirə olunub”-deyə, təbrizli nümayəndə 

Maarif Komissiyasının iclasında ümumi planın təsdiqini eldildiyini, bu planın təfərrüatlarının komissiyanın gələcək iclaslarında nəzərdən keçiriləcəyini qeyd edib.

Xatırladaq edək ki, Güney Azərbaycan məktəblərində tədrisin ana dilində aparılmasının tərəfdarları noyabrın əvvəlində parlamentin təhsil komissiyasının sədri Əlirza Monadiyə məktubla müraciət ediblər. 

Ana dili hərəkatının fəalları türk dilində təhsilin asanlaşdırılması istiqamətində qanunların qəbulu üçün kampaniya başladıb.

Məktubda məsələnin tərbiyəvi və psixoloji tərəfləri qabardılır.  Bildirilir ki, ana dili farsca olmayan uşaqların məktəbəqədər və ibtidai sinifdən fars dilində təhsil alması çox çətindir.

Məktub müəllifləri və onu imzalayanlar uşaqların psixi sağlamlığı və rahatlığı üçün ana dilində təhsil haqqında qanunun qəbul edilməsini vacib sayıb.
Qeyd olunub ki, fars dili dərsləri fars ədəbiyyatı kimi kurslarla yanaşı tədris olunmalıdır.

Məktub məclisin Təhsil Komissiyasının rəhbəri,  Təbriz, Tufarqan və Üskü şəhərlərinin İslami Şura Məclisindəki nümayəndəsi Əlirza Monadiyə ünvanlanıb.

Hər dəfə parlament seçkiləri öncəsi yüksək məbləğdə vəsait xərcləyən Əlirza Munadi eyni zamanda təbliğat kampaniyası zamanı Azərbaycan dili və mədəniyyəti amilindən də istifadə etməyə çalışır. 

Lakin parlamentə seçildikdən sonra verdiyi vədləri unudur.

Bu, ona səs verən əhalinin narazılığı və etirazları ilə qarşılansa da, Əlirza Munadi bu günə kimi məsələ ilə bağlı parlamentdə hər hansı çıxış etməyib və təklif irəli sürməyib.

Qeyd edək ki, bu günə kimi türk dilinin tədrisi ilə bağlı bir neçə dəfə məsələ qaldırılıb, kampaniyalar başladılıb və bir sıra millət vəkilləri, hökumət rəsmiləri bunun reallaşacağı barədə vədlər veriblər.

Bu sayaq vədlər daha çox seçki təbliğatı öncəsi kampaniyalar zamanı, İran-Azərbaycan münasibətlərində gərginlik yarandığı, İranda yaşayan türklərin hüquqlarının pozulması ilə bağlı tədbirlərin və etirazların genişlənməsi dönəmində səsləndirilib.

Ancaq bu günə kimi bu sahədə hər hansı bir irəliləyiş olmayıb və verilən vədlər bir müddətdən sonra unudulub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar