SON XƏBƏRLƏR

Güney Azərbaycanda bir neçə tarixi abidə milli əsərlər siyahısına salınıb

2022.01.11, 13:35
Güney Azərbaycanda bir neçə tarixi abidə milli əsərlər siyahısına salınıb

Gunaz.tv

Qəzvin və Qərbi Azərbaycan əyalətlərinin Mədəni İrs, Turizm və Əl İşləri İdarələrindən verilən məlumata görə, Qəzvində 8 tarixi əsər qeydiyyata alınıb, Qərbi Azərbaycanda isə 25 əsərin milli əsərlər siyahısına salınması üçün ilkin işlər başa çatıb.

Qəzvin əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarələrin sədr müavini Ehsan Nurinin verdiyi məlumata görə, əyalətdə 3 təpə, 2 kəhriz, 2 saray və 1 qüllə milli əsərlər siyahısına salınıb.

Onun dediyinə görə, son 8 əsərin qeydiyyatı ilə Qəzvin əyalətinin milli əsərlər siyahısında qeydə alınmış əsərlərinin sayı 1467-a çatıb.

Əyalətin Mədəni İrs, Turizm və Əl İşləri İdarələrin sədr müavini Həsən Sepehrfər isə əyalətin 25 tarixi və mədəni əsərinin milli qeydiyyata alınması üçün ilkin işlərinin görüldüyünü və onlardan 12-nin barələrindəki dosiyaların baxılması üçün Tehrana göndərildiyini deyib.

Hal-hazırda Qərbi Azərbaycanda rəsmi olaraq qeydiyyata alınan tarixi və mədəni əsərlərin sayı 1600-dür. 

Bununla yanaşı əyalətin iki tarixi əsəri “Təxti Süleyman” və Çaldıranda yerləşən “Qara kilsə” abidələri ümumdünya irs siyahısına salınıb. 

C.E

 

خانه تاریخی افشاریان شیراز از طریق مزایده واگذار می‌شود

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar