SON XƏBƏRLƏR

Güney Azərbaycanda fəallar həbs edilib

2022.09.22, 05:35
Güney Azərbaycanda fəallar həbs edilib

Gunaz.tv

Sentyabrın 22-i səhər saatlarında İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları müxtəlif şəhərlərdə evlərə basqın edərək aksiyalara qatılanları həbs ediblər.

Verilən məlumatlara görə, saxlanılanlar arasında Ərdəbildə yaşayan fəalların kimliyini dəqiqləşdirmək mümkün olub.

Bunlar Əsgər Əkbərzadə və Səid Sadiqifərdir.

Təhlükəsizlik məmurlarının sentyabrın 22-i səhər saat 04 radələrində onların evinə basqın etdiyi, fəalların qandallanaraq naməlum yerə aparıldıqları bildirilir.

İnternet və mobil telefon xidmətlərinə məhdudiyyət qoyulduğu üçün başqa saxlanılanlar barədə məlumat almaq çətinləşib.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar