SON XƏBƏRLƏR

Güney Azərbaycanda Ukraynaya dəstək kampaniyası başlayıb-FOTOLAR

2022.02.28, 07:54
Güney Azərbaycanda Ukraynaya dəstək kampaniyası başlayıb-FOTOLAR

Gunaz.tv

Gənclər bununla Ukrayna xalqının rus işğalçılarına qarşı qəhrəmancasına müqavimətini dəstəkləməklə yanaşı, Rusiyanın işğalçı hərəkətlərini pisləyib.

Bu gün fevralın 28-i səhər saatlarından başlayan aksiyanın yaxın saatlarda Güney Azərbaycanın başqa şəhərlərində də həyata keçiriləcəyi gözlənilir.

Son bir neçə gün ərzində Güney azərbaycanlı fəallar və milli-mədəni cərəyanlara bağlı olan sosial media Rusiyanın Güney Azərbaycan, Azərbaycan Respublikası, Krım, Çeçenistan və başqa bölgələrdə törətdiyi cinayətləri müzakirəyə çıxarıb, Ukraynaya qarşı hücumu pisləyiblər.

Fəallar müxtəlif yazı və paylaşımlarla ukraynalıların işğalçılara qarşı müqavimətini alqışlayıb, bunu Rusiya imperiyasının gücü barədə formalaşdırılmış mifin dağılması kimi dəyərləndiriblər.

Qeyd edək ki, son günlər İran Ukraynadakı mövcud vəziyyətə, Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb. İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Fevralın 24-də İran xarici işlər naziri  Hüseyn Əmir Abdullahiyan və Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də Rusiyanın hücumunun məsuliyyətini Amerika və NATO-nun “qıcıqlandırıcı” siyasətləri ilə əlaqələndirib və bunu “gərginlik”, “iğtişaş” kimi qələmə veriblər.

İranın rəsmi və yarım rəsmi mediası Rusiyanın işğalçılıq əməliyyatlarını “xüsusi əməliyyat” kimi yayıb və buna haqq qazandırmağa çalışırlar.

C.E

 

content_image_1646031387.jpg
 

content_image_1646031375.jpg

content_image_1646031356.jpg

content_image_1646031403.jpg

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar