SON XƏBƏRLƏR

Güney Azərbaycanda meşələr məhv edilir: Təbiət düşmənləri iş başındadır

2021.10.20, 07:36
Güney Azərbaycanda meşələr məhv edilir: Təbiət düşmənləri iş başındadır

Gunaz.tv

Bundan öncə Qaradağ və Ərdəbil meşələrində aparılan "yaşıl soyqırım" barədə məlumat verilib.

Son vaxtlar ətraf mühit fəalları tərəfindən Qərbi Azərbaycan və Qəzvin əyalətlərində onsuz da çox olmayan meşə zolaqlarının məhv edilməsi barədə xəbərlər sosial mediada yayılıb.

Yerli əhali və ətraf mühit fəalları bu prosesin əlaqədar orqanların qanunsuz razılığı nəticəsində həyata keçirildiyini qeyd ediblər.

Məsələnin ictimailəşdirilməsindən sonra Qərbi Azərbaycan və Qəzvin əyalətlərində meşə zolaqlarını və nadir ağacları məhv edən dəstələrin zərərsizləşdirildiyinə dair xəbərlər yayılıb.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsinin Təbii Sərvətlər və Su Hövzəsi İdarəsinin başçısı Məcid Patunun verdiyi məlumata görə, Soyuqbulaq şəhərinin anbarlarında birində 200 tondan çox kəsilmiş nadir meşə ağacları aşkar edilib.

کاشت ۱۲ هزار اصله نهال در هفته منابع طبیعی در شهرستان مهاباد

Patu aşkar edilən ağacların Soyuqbulaq və ətraf şəhərlərin meşə zolaqlarından kəsilərək palet düzəltmək emalatxanasının anbarına yığıldığını deyib.

Bununla yanaşı Qəzvin Təbii Sərvətlər və Su Hövzəsi İdarəsinin başçısı Möhsün Qasimzadə mətbuata verdiyi açıqlamada əyalətdə 150 ton kəsilmiş nadir meşə ağaclarının aşkar edildiyini bildirib.

O, 16 ağır tonajlı, 3 yüngül tonajlı yük maşınlarında toplam 150 ton ağacın aşkar edildiyini və qaçaqmalçıların saxlanıldığını qeyd edib.

سرپرست جدید اداره کل منابع‌طبیعی و آبخیزداری استان قزوین منصوب شد

C.E    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar