SON XƏBƏRLƏR

Güney Azərbaycanda daha bir mədəni aksiya: Uşaqlara türk dilində kitablar paylanılıb-FOTOLAR

2021.12.25, 08:49
Güney Azərbaycanda daha bir mədəni aksiya: Uşaqlara türk dilində kitablar paylanılıb-FOTOLAR

Gunaz.tv

Milli-mədəni fəallar tərəfindən uşaqlar arasında türkcə uşaq nağıllarından ibarət kitablar paylanıb.

Aksiyanın keçirilməsində məqsəd İranda ana dilində, xüsusilə türkcə təhsilin qadağan edilməsinə etiraz, həmçinin uşaq və yeniyetmələrin ana dilində oxu və yazı vərdişlərini inkişaf etdirmək olub.

Bundan öncə yeni təhsil ilinin başlanması ilə əlaqədar və 1946-cı ildə milli hökumətin süqutundan sonra türk dilində dərslik və kitabların yandırılmasının ildönümü münasibətilə oxşar kampaniyalar keçirilib. 

Milli-mədəni fəallar Təbriz, Urmu, Ərdəbil, Zəncan, Soyuqbulaq və başqa Azərbaycan şəhərlərində minlərlə kitab və məarifləndirici vərəqələr paylayıblar. 

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar