SON XƏBƏRLƏR

Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyası keçiriblər

2021.12.28, 14:31
Güney Azərbaycanda təqaüdçülər etiraz aksiyası keçiriblər

Gunaz.tv

Bu gün dekabrın 28-də Güney Azərbaycanın Zəngan və ərdəbil şəhərlərində təqaüdçülər bir araya gələrək etiraz aksiyası keçiriblər.

Adı çəkilən şəhərlərdə Təqaüdçülər Fondunun binaları qarşısına toplaşan etirazçılar təqaüdlərinin aşağı olmasına, rütbələndirmə və bərabərləşdirmə qanununun tətbiq olunmamasına, sığorta xidmətləri sahəsindəki problem və çatışmazlıqların həll olunmamış qalmasına etirazlarını bildiriblər.

Onlar “təqaüdçülərin dövlət və parlamentdən gözlədikləri təqaüdlərin daimi bərabərləşdirilməsi”, “ayrı-seçkilik və ədalətsizliyə son” məzmunlu şüarlar səsləndirib və palakardlar açıəblar.

Bundan bir neçə gün öncə, eyni istəklərlə oxşar aksiya Təbrizin təqaüdçüləri tərəfindən keçirilib.

Yayılan bildirişlərə görə, təqaüdçülərin aksiyasının güney azərbaycan və İranın başqa şəhərlərində də keçiriləcəyinin planlaşdırıldığı bildirilir.

C.E

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar