SON XƏBƏRLƏR

Güney Azərbaycanda yanacaq kəskin bahalaşdı-VİDEO

2021.10.27, 08:24
Güney Azərbaycanda yanacaq kəskin bahalaşdı-VİDEO

Gunaz.tv

Qeyd edək ki, oktyabrın 26-ı, yerli vaxtla saat 11:00-dan başlayaraq kiber hücum nəticəsində İranın bütün yanacaq doldurma məntəqələrinin fəaliyyətinin iflic olub. Bu hadisədən sonra ölkə boyu və Güney Azərbaycan şəhərlərində qara bazarda satılan yanacağın qiyməti kəskin artıb.

Verilən məlumatlara görə, yanacaq doldurma məntəqələrinin fəaliyyətinin bərpası mümkün olmayıb. Hazırda on minlərlə məntəqədən yalnız bir neçəsi fəaliyyət göstərir.

Fəaliyyət göstərən məntəqələrdə isə elektron sistemlər işləmədiyi üçün ödənişi yalnız nağd şəkildə etmək mümkündür.

Azərbaycan şəhərlərində mövcud olan minlərlə məntəqədən Şərqi Azərbaycanda 48, Qərbi Azərbaycanda 23, Həmədanda 15, Qəzvində 19, Ərdəbildə isə 21 yanacaq doldurma məntəqəsi nağd ödəniş vasitəsilə yarımçıq fəaliyyət göstərməyə başlayıb.

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində hal-hazırda 6 yanacaq doldurma məntəqəsində sürücülərə nağd ödəniş şərtilə yanacaq verilir.

İranın Kiberməkan Ali Şurasının katibi Əbülhəsən Firuzabadi mətbuata verdiyi açıqlamada yanacaq doldurma məntəqələrində baş verən problemin başqa bir ölkənin kiber hücumu nəticəsində ortaya çıxdığını etiraf edib. 

O, bundan öncə ölkənin dəmir yolu sistemində də eyni hücuma məruz qaldıqlarını və problemi həll edə bildiklərini açıqlayıb.
Bununla yanaşı genişmiqyaslı kiber-hücum nəticəsində İranın müxtəlif şəhərlərində elektron reklam lövhələri və bilbordlarda “Xamneyi bizim benzinimiz hanı” şüarları yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 26-da məsələ ilə bağlı açıqlama verən İranın daxili işlər naziri Əhməd Vəhidi problemin qəsa müddətdə aradan qaldırılacağını demişdi.

Ancaq kiber hücumun baş verməsindən bir gün keçməsinə baxmayaraq yanacaq doldurma məntəqələrinin fəaliyyəti bərpa oluna bilməyib.

Əlaqədar məsullar, o cümlədən Yanacaq Doldurma Sisteminin başçısı Məsud Rzayi sürücülərə müracət edərək yanacaq doldurma məntəqələrinə getməmələrini istəyib və problemi aradan qaldırmağa çalışdıqlarını söyləyib. 

C.E

Mövzu ilə bağlı buradan daha çox oxuya bilərsiniz:

http://İran daxili işlər naziri kiber hücumla bağlı açıqlama verib
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar