SON XƏBƏRLƏR

Şərqi Azərbaycandan köç artıb: "Əsas səbəb işsizlikdir"-Cavad Rəhməti

2021.12.20, 12:53
Şərqi Azərbaycandan köç artıb: "Əsas səbəb işsizlikdir"-Cavad Rəhməti

Gunaz.tv

Cavad Rəhməti deyib ki, bölgənin geri qalmasının və baş verən miqrasiyanın əsas səbəblərindən biri işsizlikdir.

“Şərqi Azərbaycanda işsizlik səviyyəsinin aşağı olduğunu deyəndə, bu o demək deyil ki, iş yerləri çoxdur. Sadəcə əyalətdən işçi qüvvəsinin başqa əyalətlərə.

O cümlədən Tehrana axın etməsi nəticəsində işçi sayı azalıb. Şərqi Azərbaycanda işçi qüvvəsinin köçü bizim əsas problemlərimizdən biridir”-deyə, Rəhməti “Nəsr news” xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Vali müavini deyib ki, azərbaycanlılar xaraktercə fərqli olduğu, işsiz qalmaq istəmədikləri üçün uyğun iş şəraitinin olmamasına görə başqa bölgələrə köçürlər. Şərqi Azərbaycandan köçün səbəbinin 90%-i işsizlik ucbatından baş verir.

“İsfahanın quru, çöllük yerdə olmasına baxmayaraq inkişaf etməkdə və əhalisi çoxalmaqdadır”-deyə, Cavad Rəhməti Şərqi Azərbaycanın hər tərəfli yüksək potensialına baxmayaraq inkişafdan geri qaldığını və cəmiyyətin artım göstəricilərinin aşağı olmasına işarə edib.

 

جواد رحمتی معاون هماهنگی امور عمرانی استاندار آذربایجان شرقی شد + سوابق -  اهر خبر (اهر نیوز) | اهر خبر (اهر نیوز)

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar