SON XƏBƏRLƏR

Güney Azərbaycanlı həkim Fərzanə Qarahəsənliyə işgəncə verilib

2022.12.10, 21:45
Güney Azərbaycanlı həkim Fərzanə Qarahəsənliyə işgəncə verilib

Gunaz.tv

Həmid Qarahəsənlinin qardaşı Həsən Qarahəsənli bildirib ki, Fərzanə Qarahəsənli həbs edildikdən sonra iki gün davamlı döyülüb və həyat yoldaşının yarım hərbi Bəsic qüvvəsinin öldürülməsində iştirak etməsi barədə etiraf verilməsi istənilib.

"Ondan məcburi saxta etiraf almaq üçün Təbrzi Universitetində oxuyan oğlunu həbs edib və işgəncə verəcəkləri ilə bağlı təhdid ediblər",-deyə, Həsən Qarahəsənli bildirib.

O, Fərzanə Qarahəsənlinin Kəçuyi həbsxanasına göndərildikdən sonra ailəsi ilə ilk teefon danışığında işgəncə altında ondan məcburi etiraf alındığı barədə məlumat verdiyini qeyd edib.

Qeyd edək ki, Həmid Qarahəsənlidən də işgəncə altında məcburi etiraf alınıb və onun vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya köçürülüb.

İran təhlükəsizlik məmurları noyabrın 4-də Kərəc şəhərində 53 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənlinin Kərəc şəhərində yerləşən evinə hücum edərək o və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənlini həbs ediblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarım hərbi Bəsic üzvünün öldürülməsindəki saxta ittihamla saxlanılıblar.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar