SON XƏBƏRLƏR

Güneydə tarixi tikililər satışa çıxarılır-FOTO

2021.10.20, 07:36
Güneydə tarixi tikililər satışa çıxarılır-FOTO

Gunaz.tv

Müxtəlif bölgələrdə tarixi abidələrin özəl sektora verilməsi halları artıb.

Məsullar bunu abidələrin bərpası və saxlanılması üçün vəsait çatışmazlığı ilə əlaqələndirir, abidələrin hotel, restoran və başqa xidmət sahələrində istismara verilməsindən əldə edilən gəlirlə onların saxlanılmasını iddia edirlər.

Son vaxtlar isə tarixi tikili və abidələrin istifadəyə yararsız evlər adı altında satışa çıxarılması halları da artıb.

Əksəriyyəti Qacarlar dövrünə aid olduğu tikililərin satış elanlarında onlar istifadəyə yararsız binalar kimi göstərilir. Binaların tikinti tarixləri də dəyişdirilir, tarixi dəyərinin olmadığı iddia edilir.

Bir müddət bundan öncə Qacarlar dövründə tikilən Hacı Şeyx Təbrizi evi satış elanları saytında hərraca çıxarılmışdı. 

Qacarlar dövrünə aid adı çəkilən tikili 2003-cü ildə 9414 qeydiyyat nömrəsi ilə milli əsərlər siyahısına salınmışdı.

C.E  


content_image_1634109501.jpg

content_image_1634109516.jpg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar