SON XƏBƏRLƏR

Güneyli şair Həbib Sahirin (Ülkər) anım günüdür

2022.12.15, 15:33
Güneyli şair Həbib Sahirin (Ülkər) anım günüdür

Gunaz.tv

O, mərkəzi hökumətin yeritdiyi ədalətsiz siyasətə qarşı çıxan Həbib Sahir hakim duruma baş əyməyən, el-obasına, milli kimliyinə biganə yanaşan “ziyalı”larla ömrünün sonunadək barışmayan az sayda şəxsiyyətlərdən biri olub.

1903-cü ildə Miyana şəhərinin Türk qəsəbəsində anadan olan şair uşaq yaşlarında Təbrizə köçüb, ilk və orta məktəbi bitirdikdən sonra 1927-ci ildə Türkiyəyə gedib və orada iki il fars dili və ədəbiyyatı müəllimi kimi işləyib.

1929-cu ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə qəbul olunub. Burada çağdaş türk və fransız poeziyası ilə yaxından tanış olub.

Fransız, ərəb və rus dillərini yaxşı bilən şair bir neçə avropalı yazıçının əsərlərini tərcümə edib.

Həbib Sahir (Ülkər)1985-ci ildə 82 yaşında Tehranda yaşadığı evin pəncərəsindən özünü asaraq intihar edib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar