SON XƏBƏRLƏR

Güneyli aktyordan azərbaycanlılara müraciət: "Türkçə çəkilmiş filmlərə dəstək olun"

2021.11.26, 09:15
Güneyli aktyordan azərbaycanlılara müraciət: "Türkçə çəkilmiş filmlərə dəstək olun"

Gunaz.tv

Hadi Hicazifər türk dilində çəkilən ekran əsələrinə, o cümlədən “Atabay” filminə dəstək vermələrini istəyib.

O, sərmayəçilər əhali tərəfindən rəğbətlə qarşılanmayacağını düşündükləri üçün “Atabay” filminə maddi vəsait ayırmaq istəmədiyini deyib. "İnsanların filmi rəğbətlə qarşılaması onların yanlış təsəvvürdə olduğunu göstərdi"-deyə, o vurğulayıb.

“Xahiş edirəm “Atabay” filminə dəstəyinizi davam etdirin ki, türk dilində daha çox filmlərin çəkilməsinə yardımçı olasınız. “Fəcr” festivalından bu günə kimi göstərdiyiniz diqqət və dəstəyə görə hamınıza təşəkkür edirəm”-deyə, Hicazifər güney azərbaycanlılara etdiyi müraciətdə bildirib.

Qeyd edək ki, noyabrın 25-də türkcə çəkilmiş “Atabay” filmi Təbrizin “Setarebaran” kinoteatrında nümayiş etdirilib.

Filmi izləmək istəyənlərin sayı çox olduğundan bilet çatışmazlığı yaranıb.

Niki Kəriminin rejissorluğu ilə çəkilən türkcə filmin təbrizlilər tərəfindən yüksək coşğu ilə qarşılanması filmin rejissoru və oyunçularını heyrətləndirib.

Onlar açılış mərasimində etdikləri çıxışlarında filmin bu səviyyədə rəğbətlə qarşılanacağını düşünmədiklərini deyib və təbrizlilərə təşəkkürlərini bildiriblər.

C.E  

یادداشت فیلم آتابای ساخته‌ی نیکی کریمی؛ جنون سطحی عاشقی! | دیجی‌کالا مگ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar