SON XƏBƏRLƏR

Məhkəmədə güneyli fəal Yaşar Təbriziyə qarşı ağır ittihamlar irəli sürülüb

2022.07.22, 04:22
Məhkəmədə güneyli fəal Yaşar Təbriziyə qarşı ağır ittihamlar irəli sürülüb

Gunaz.tv

Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsində keçirilən prosesdə ona qarşı yeni ittihamlar irəli sürülüb.

Vəkili Əli Şərifizadə ilə məhkəmə iclasına qatılan Yaşar Təbrizi "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq", "ictimai rəyi çaşdırmaq üçün yalan məlumat yaymaq" və "sistemə qarşı təbliğat aparmaq"da ittiham olub.

Qeyd edək ki, mayın 1-i, günorta saat 03.00 radələrində təhlükəsizlik məmurları Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan fəalın şəxsi mənzilinə hücum edərək onu qandallayıb, ona məxsus şəxsi əşyaları, o cümlədən telefonu və bilgisayarı müsadirə ediblər.

Mədəni fəal fevralın 17-də tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar