SON XƏBƏRLƏR

Güneyli fəal Rza Behruziyə həbs cəzası verilib

2022.05.29, 05:58
Güneyli fəal Rza Behruziyə həbs cəzası verilib

Gunaz.tv

Qəzvin şəhərindən olan ictimai fəal ali rəhbər Əli Xameneyini tənqid etdiyi üçün 1 il həbs, “ictimai fikri təhrik etmək üçün yalan yaymaq” ittihamına görə isə 10 milyon tümən cərimə cəzasına məhkum edilib.

Bununla yanaşı Dövlət və İnqilab Prokurorluğu Rza Behruzinin xanımı Suri Babayi Çəginiyə çağırış göndərərək onun “hökumətə qarşı təbliğat”da ittiham olunduğunu bildirib və prokurorluğa müraciə etməsini istəyib.

Qeyd edək ki, 22 avqust 2021-ci ildə sosial mediada Rza Behruzinin mülki geyimli təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparıldığını əks etdirən video yayıldı.

Sonradan ictimai fəalın Əli Xameneyinin xaricdən koronovirusa qarşı peyvəndin alınmasını qadağan etdiyinə görə tənqidi videolar paylaşdığı üçün saxlanıldığı məlum oldu.

Behruzi paylaşdığı videolarda bilgisi olmadığı halda pandemiyanı əhəmiyyətsiz adlandırdığı və vaxtında ölkəyə peyvəndin gətirilməsinə icazə vermədiyinə görə Əli Xameneyini tənqid edir. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar