SON XƏBƏRLƏR

Güneyli fəallardan kürd şovinistinin Nizami konfransına dəvət olunmasına etiraz

2022.06.18, 04:24
Güneyli fəallardan kürd şovinistinin Nizami konfransına dəvət olunmasına etiraz

Gunaz.tv

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi zamanı Qütbəddin Sadiqi özünün sosial media hesabında və İran mediasında Azərbaycana qarşı etdiyi irqçı çıxış edib.

Bu çıxışlara görə, o, güneylilərin etirazlıları ilə qarşılaşmış, Şərqi Azərbaycan İfaçılıq Sənətləri Dərnəyi onun barəsində rəsmi olaraq şikayət etmişdi.

Təbrizin “azərəncümən” xəbər saytı Nizami ilə bağlı ciddi araşdırmaları olmayan, yalnız Nizaminin anasının kürd olması barədə əsassız iddianı hər yerdə təbliğ edən bu şəxsin Təbrizə dəvət olunmasını yersiz hesab edib.

Fəallar Şərqi Azərbaycan İslami Maarif və Mədəniyyət İdarəsinin Sadiqini Nizami konfransına dəvət etməsini pisləyib və bu yanlışlığın aradan qaldırılmalı olduğunu bildiriblər. 

Qeyd edək ki, Qütbəddin Sadiqi Qarabağın azad olunması üçün Azərbaycan Ordusunun apardığı xüsusi əməliyyatlar zamanı müxtəlif paylaşım, çıxış və yazıları ilə Azərbayacan respublikasına qarşı çıxır, erməniləri müdafiə edirdi.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar