SON XƏBƏRLƏR

Güneyli gənc barədə edam hökmü verilib 

2022.12.03, 10:21
Güneyli gənc barədə edam hökmü verilib 

Gunaz.tv

İran məhkəmə sistemi ötən ilin iyun ayında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı bölməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham olunan dörd nəfər barədə edam hökmü çıxarıb.

Milad Əşrəfi Atbatan, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı Mossad-la əməkdaşlıqda günahlandırılıblar.

İranın rəsmi dövlət mediasının edama məhkum edilən şəxslərin videosunu yayaraq onların cinayətlərini etiraf etdiyini bildirməsinə baxmayaraq, müstəqil və müxalif media və qurumlar adı çəkilən müttəhimlərdən məcburi etiraf alındığını bildirirlər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar