SON XƏBƏRLƏR

Güneyli hüquq müdafiəçisi Cenevrədə İnsan Haqları Şurasının iclasında çıxış edib-VİDEO

2021.10.20, 07:36
Güneyli hüquq müdafiəçisi Cenevrədə İnsan Haqları Şurasının iclasında çıxış edib-VİDEO

Gunaz.tv

Bu, COVİD-19 pandemiyası səbəbiylə onlayn keçirilən toplantıda "Ərk" nümayəndələrinin 4-cü çıxışıdır.

Çıxışda İranda irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bunlarla əlaqəli məsələlərdə dözümsüzlüyün müasir formaları tənqid olunub.

"İrqçilik ədəbiyyatı və ideologiyası İran cəmiyyətində daim istehsal olunur və çoxalır. Milli etnik azlıqların hüquqları İran konstitusiyasında tanınmamış və ya düzgün müəyyən edilməyib.

Bu səbəbdən, "fars dilinin mütləq üstünlüyü" layihəsi adı altında ayrı-seçkilik planı Təhsil nazirinin müavini tərəfindən həyata keçirilir və məktəbə daxil olmaq istəyən milli azlıqların uşaqlarına tətbiq edilir. Bununla yanaşı dərsliklər irqçi və ayrı-seçkilik xarakterlidir.

Bununla yanaşı kiberməkanda başqalarına qarşı dözümsüzlük dərəcəsi olduqca yüksəkdir. Bu, milli azlıqlara və etniklərə qarşı, xüsusilə türklərə qarşı daha qabarıq şəkildə hiss olunur"-deyə, çıxışda qeyd olunur.

Jalə Təbrliz İranda yaşayan qeyri-fars millətlərinin durumundan da danışıb.

"İrandakı milli azlıqlar dil, mədəniyyət, sosial və iqtisadi bərabərsizliklər fonunda müxtəlif irqçi münasibətlərə məruz qalır və təhqir olunurlar.

Bu gün Azərbaycan xalqının dili mediada, idman və başqa sahələrdə lağa qoyulur və aşağılanır.

Azərbaycanda baş verən aksiyalar İran rəsmiləri tərəfindən ölkə əhalisinin üçdə birini təşkil verən türklərə qarşı tətbiq edilən sistemli ayrı-seçkilik və irqçilik siyasətlərinə etirazlardan ibarətdir"-deyə, o bildirib.  

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyəti, İran Cümhuriyyətini ayrı-seçkilik etmədən hamı üçün təhsil şəraiti yaratmağa, etnik və milli azlıqlara qarşı irqi ayrı-seçkilik və dözümsüzlüklə mübarizə üçün dərhal və təsirli tədbirlər görməyə çağırıb. 

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar