SON XƏBƏRLƏR

Vəkillə təmin edilməyən güneyli hüquq müdafiəçisi məhkəməyə getməkdən imtina edib

2022.09.15, 09:13
Vəkillə təmin edilməyən güneyli hüquq müdafiəçisi məhkəməyə getməkdən imtina edib

Gunaz.tv

O, bunun vəkili ilə görüşünə icazə verilməməsi və məhkəmə iclasına çağırış protokolunun pozulması ilə bağlı olduğunu deyib.
 
"Bu gün səhər saatlarında Evin zindanının rəhbərliyi Nərgiz Məhəmmədiyə İnqilab Məhkəməsinin 26-cı bölməsinin verdiyi çağırış əsasında onu məhkəməyə göndərməli olduqlarını bildirdilər.

Ancaq xanım Məhəmmədi bildiriş müddətinə əməl edilmədiyi və vəkillə əlaqəsi olmadığı üçün məhkəməyə müraciət etməyib"-deyə, vəkil Mustafa Nili özünün sosial media hesabında yazıb.

Sentyabrın əvvəllərində Nərgiz Məhəmmədi saxlanıldığı Evin zindanı prokurorluğunun 2-ci istintaq şöbəsi tərəfindən çağırılıb və yenidən ittiham olunub.

Onun Fransada mühacirətdə yaşayan həyat yoldaşı yeni cinayət işini Nərgiz Məhəmmədinin Rusiyanın Ukraynaya təcavüzünü pisləyən bəyanat yaydığına görə açıldığını deyib.

"Yeni cinayət işində Nərgiz xalqı üsyana dəvət etməkdə günahlandırılıb. Görünür, ağaların fikrincə, Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı çıxmaq cinayətdir"-deyə, Rəhmani bildirib.

O, həyat yoldaşının 30 ay həbs, 70 zərbə şallaq cəzasına məhkum edilməsindən sonra bir daha ona qarşı əlavə olaraq 6 il həbs və 75 şallaq cəzasının verildiyini deyib və onun cinayət işinin birləşdirməməsini qanunsuz adlandırıb.

"İran hökuməti Nərgizi girov götürüb, dəfələrlə müraciətinə baxmayaraq onun uşaqları ilə telefon danışığına belə icazə verilmir"-deyə, Tağı Rəhmani həyat yoldaşına qarşı basqıların günü-gündən çoxaldığını qeyd edib.

Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hal-hazırda Tehranın Evin zindanında saxlanılır və 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar