SON XƏBƏRLƏR

Güneyli işçi hərəkatı fəalının həbsdə saxlanılma müddəti uzadılıb

2022.08.31, 09:37
Güneyli işçi hərəkatı fəalının həbsdə saxlanılma müddəti uzadılıb

Gunaz.tv

Bundan öncə hüquqlarının pozulmasına, ailəsi ilə görüş və telefon danışığına icazə verilməməsinə və qeyri-müəyyən şəraitdə saxlanılmasına etiraz edən azərbaycanlı fəal 42 günlük aclıq aksiyası keçirib.

Qeyd edək ki, Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib və hər an həyatını itirmə təhlükəsi var.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar