SON XƏBƏRLƏR

Güneyli işçi hərəkatı fəalının fəalı Rza Şəhabinin məhkəməsi olub

2022.09.08, 03:35
Güneyli işçi hərəkatı fəalının fəalı Rza Şəhabinin məhkəməsi olub

Gunaz.tv

Sentyabrın 6-da 4 aydır saxlanılan və avqustun 30-da həbs müddəti bir ay daha uzadılan Şəhabinin məhkəmə iclası keçirilib.

İşçi hərəkatı fəalının son müdafiəsi dinlənilib.

Fəal dörd aydan çoxdur həbs edilməsinə baxmayaraq, məhkəmə məsulları və təhlükəsizlik orqanları onun barəsində irəli sürülən ittihamlar barədə dəqiq açıqlama verməkdən imtina edirlər. 

Qeyd edək ki, Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkir. Buna baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib. O, hər an həyatını itirə bilər.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar