SON XƏBƏRLƏR

Güneyli işçi hərəkatı fəalı Hüseyn Kuşinin vəziyyəti ağırlaşıb

2022.11.25, 07:30
Güneyli işçi hərəkatı fəalı Hüseyn Kuşinin vəziyyəti ağırlaşıb

Gunaz.tv

Siyamək Kuşi atasının sosial mediada adi paylaşımlar etdiyinə görə saxlanıldığını, “rejimə qarşı təbliğat aparmaq” və “rəhbərliyi təhqir etmək” ittihamı ilə 3 il həbs cəzasına məhkum edildiyini və oktyabrın sonlarında Təbriz həbsxanasına salındığını bildirib.

Hüseyn Kuşi bir neçə xəstəlikdən, o cümlədən ağciyər xəstəliyindən əziyyət çəkir və davamlı olaraq oksigen kapsulasından istifadə etməyə məcburdur.

Onun ailəsinin müraciətlərinə baxmayaraq, onun rəsmilər siyasi məhbusun elektron qandalla həbs cəzasını evdə keçirməsi üçün icazə verimirlər.

Həbsxana rəhbərliyi bunun üçün təhlükəsizlik qüvvələrinin əmrinin lazım olduğunu deyiblər.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar