Güneyli ictimai fəal Yaşar Təbrizi Tehran zindanına köçürüldü

11.06.2022, 11:10

Tehranda yaşayan azərbaycanlı fəal Yaşar Təbrizi Tehran zindanına köçürülüb.

Gunaz.tv Quote | Gunaz article

Siyasi və Mədəni Məhbusları Müdafiə Kampaniyasının yaydığı məlumata görə, o, İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin təcridxanasında dindirilmə müddəti bitdikdən sonra məhkəməyə qədər müvəqqəti azadlığa buraxılması üçün istənilən 2 milyar tümən girov qoya bilməyib.

Məlumata görə, Yaşar Təbrizi “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan yaymaq, və “sistem əleyhinə təbliğat fəaliyyəti” aparmaqda ittiham olunur.

Qeyd edək ki, mayın 1-i, günorta saat 03.00 radələrində təhlükəsizlik məmurları Tehran əyalətinin Şəhriyar şəhərinin Şahidşəhr bölgəsində yaşayan fəalın şəxsi mənzilinə hücum edərək onu qandallayıb, ona məxsus şəxsi əşyaları, o cümlədən telefonu və bilgisayarı müsadirə ediblər.

Mədəni fəal fevralın 17-də tanınmış yazıçı və kinorejissor Bəktaş Abtinin 40 mərasiminə qatıldığı üçün təhlükəsizlik məmurları tərəfindən həbs edilmişdi.

Yaşar Təbrizi bundan öncə yanvar ayının 8-də Ukrayna təyyarəsinin SEPAH tərəfindən vurularaq düşdüyü yerdə hadisə qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Yaşar Təbrizi dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, saxlanılıb və işgəncələrə məruz qalıb. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizlilərin Xoy zəlzələsinin qurbanlarına yardımları davam edir

2023-02-08

gun az article

Urmu gölü yaya kimi yoxa çıxa bilər

2023-02-08

gun az article

“Özümüz” proqramında müzakirə: “Zəlzələ fəlakəti: Xoy, Türkiyə"- VİDEO 

2023-02-08

gun az article

Güneyli işçi hərəkatı fəalı Hüseyn Kuşinin məhkumluq dövrü başa çatıb

2023-02-08

gun az article

Şərqi Azərbaycan əhalisinin 25 faizi qeyri-standart evlərdə yaşayır

2023-02-08

gun az article

Güneyli jurnalist müvəqqəti azadlığa buraxlıb

2023-02-07

gun az article

“Parlaq gələcək”də müzakirə: “Güney Azərbaycanın siyasi kimliyi” -VİDEO

2023-02-07

gun az article

Təbrizli həkimlər zəlzələ qurbanlarına yardım etdi

2023-02-07

gun az article

"İslahatlar səmərəsizdir, konstitusiya dəyişdirilməlidir"-Mirhüseyn Musəvi

2023-02-07

gun az article

İranda zəlzələ qurbanlarına yardım edən ərəb fəallar həbs edilb

2023-02-07

gun az article

XİN İrandakı səfirliyimizə qarşı törədilmiş terror hücumuna dair VİDEOÇARX yaydı

2023-02-06

gun az article

Millət vəkili: "Zəlzələ qurbanlarının qayğısına qalmasaq acı hadisələr baş verəcək"

2023-02-06

gun az article

Təbrizin millət vəkili Türkiyənin yardım təklifindən imtinaya etiraz edib

2023-02-06

gun az article

Qaşqay fəal müvəqqəti azadlığa buraxılıb

2023-02-06

gun az article

“Azadlıq səsi”- “Güney Azərbaycanın Xoy şəhərində nələr baş verir”- VİDEO

2023-02-06

gun az article

Həbsdə olan güneyli milli fəallar zəlzələ qurbanlarına yardım kampaniyasına qoşulub

2023-02-06

gun az article

“Dəyirmi masa”: “Xoyda zəlzələlərin durumu” və “İranın Azərbaycan səfirliyində terror hərəkəti”-VİDEO 

2023-02-06

gun az article

Xoyda kütləvi zəhərlənmə-Ölənlər var

2023-02-05

gun az article

Seyid Həsən Amili Azərbaycan səfirliyinə hücuma bəraət qazandırıb

2023-02-05

gun az article

Xoyda dərman çatışmazlığı yaşanır

2023-02-04