Güneyli idmançılar İsfahan klublarına transfer edir: Çempion mövcud durumdan narazılıq etdi

04.11.2021, 14:38

Yüngül atletika üzrə çempion, güneyli idmançı Səccad Haşimi Azərbaycanda idmana diqqət ayrılmadığını deyib.

Gunaz.tv Quote | Gunaz article

Onun fikrincə, bir çox türk əsilli idmançı bu səbəbdən İranın digər şəhərlərinin, o cümlədən İsfahan əyalətinin klublarına keçmək məcburiyyətində qalır.

“İlk dəfə olimpiadada 21 yaşımda iştirak etdim. London olimpiadasından sonra Rio de-Janeyro olimpiadasını görmək istərdim. Lakin 2016-cı ildə federasiyanın o vaxtkı prezidentinin yanlış siyasəti bizim olimpiadaya qatılmağımıza mane oldu”-deyə, 400 metr məsafəyə qaçış üzrə çempion bildirib.

O, deyib ki, İranda normal şərait yaradılmadığı üçün dostunun vasitəçiliyi ilə Türkiyə Cümhuriyyətinə köçüb, orada davamlı məşq edib və 2019-cu ildə İrana qayıtdıqdan sonra yarışlara qatılaraq çempion olub.

Səccad Haşimi 2020-ci ildə İsfahan klubuna qatıldıqdan sonra klub ölkə yarışlarında birinci yeri tutub.

“Təəssüflə deyim ki, Şərqi Azərbaycan əyalətinin “Şəhrdari”, “Petroşimi” və başqa bu kimi böyük klubları lazımı dəstəyi almadıqları üçün üçün dağıldı. Bu iki klubun 15 idmançısı hal-hazıqda İsfahanın “Sepahan” klubunda çıxış edirlər”-deyə, Haşimi məsulların azərbaycanlı klublara qarşı laqeyd münasibətindən gileylənib.

Qeyd edək ki, bir neçə gün öncə yüngül atletika üzrə yeddi qat dünya və Asiya çempionu Səccad Pirayqırçın mətbuata verdiyi müsahibədə 10 ildir işsiz olduğunu, məsulların azərbaycanlı idmançılara dəstək vermədiyini bildirmişdi.

Təbriz şəhərinin Sarı zəmi məhəlləsində ata evində yaşayan, 28 yaşlı eştmə əngəlli S.Pirayqırçın hal-hazırda səyyar siqaret satıcılığı ilə məşğuldur.

O, iki ay öncə eşitmə əngəlli atletlər arasında Polşada keçirilən dünya çempionatında birinci yeri tutaraq qızıl medaı qazanıb.
“10 ildir iş vədi ilə məni süründürürlər.

Bələdiyyə idarəsinə dəfələrlə yazdığım məktubar nəticəsiz qalıb. Nə ev, nə maşın və nədə başqa bir umacağım yoxdur.

Ötən həftə Şərqi Azərbaycanda idman sahəsinin problemlərinin müzakirəsinə həsr olunan toplantıda Təbrizin Şəhər Şurasının üzvü Pərviz Hadi deyib ki, son 4 ildə Təbrizdə idman sahəsi tamamilə məhv edilib.

“Son 4 ildə Təbriz bələdiyyəsi nəzdində fəaliyyət göstərən və idmançılarının 95%-nın yerli olduğu 40 idman komandası dağıldı. Belə gedərsə olub-qalan idman komandaları və klublarıda dağılacaq”-deyə, Pərviz Hadi xəbərdarlıq edib.

Şəhər Şurasının başqa üzvü Əlirza Nəvaii Bağban isə cari ildə Təbrizin idman sahəsinə yalnız 200 milyon tümən vəsait ayrıldığını, bunun nəzərdə tutulan 18 milyard tüməndən 90 dəfə az olduğunu söyləyib.

C.E

gun az article

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

2021-12-04

gun az article

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021-12-04

gun az article

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03

gun az article

Tanınmış ekoloq Urmu gölü ətrafında yaranan duz fırtınasından danışıb

2021-12-02

gun az article

Qərbi Azərbaycanda xarici vətəndaşları girov götürən dəstə üzvləri saxlanılıb

2021-12-02