SON XƏBƏRLƏR

Təbrizli Davud Beheştizadə dünyanın ən yaxşı ixtiraçısı seçilib

2022.04.13, 12:53
Təbrizli Davud Beheştizadə dünyanın ən yaxşı ixtiraçısı seçilib

Gunaz.tv

Bir neçə ay əvvəl İsveçrənin Cenevrə şəhərində qlobal patent və ixtira kimi qeydiyyata alınan və Beynəlxalq İxtiraçılar Federasiyasının rəsmi saytında ətraflı şəkildə məlumat verilən layihə qızıl medala layiq görülüb və 2021-ci ili üçün ən yaxşı texniki ixtira hesab edilib.

“Bu mötəbər elmi layihənin ixtiraçısı Davud Beheştizadəyə dəstəklə bağlı verilən vədlər yerinə yetirilməyib. Təbrizdə bu ixtiranı öz vəsaiti hesabına istehsal etmək üçün kiçik emalatxana yaradıb”-deyə, güneyli ixtiraçı ilə bağlı mediada verilən məlumatda bildirilir.

Qeyd edək ki, güneyli ixtiraçı bundan öncə 40 ixtirasına görə müxtəlif təqdirnamə və medallar alıb, beynəlxalq səviyyədə tanınmış alimlərdən birinə çevrilib.

“Bu günə kimi məsulların və ilgili qurumların heç bir dəstəyinin olmamasına baxmayaraq ixtiram beynəlxalq səviyyədə qeydiyyata alınıb. Ən azından bundan sonra ixtiramın geniş istehsalı və satışı üçün məsulların diqqət ayırmalarını gözləyirəm”-deyə, Behiştizadə bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar