SON XƏBƏRLƏR

"Ötən il milli fəallara qarşı basqı və işgəncə ili kimi yadda qaldı"-Güneyli jurnalist

2022.03.31, 12:25
"Ötən il milli fəallara qarşı basqı və işgəncə ili kimi yadda qaldı"-Güneyli jurnalist

Gunaz.tv

O, ötən günəş ilinin azərbaycanlı jurnalistlərə, mədəni fəallara və yazıçılara qarşı repressiya ili olduğunu deyib.

Pərviz Yari son ildə mədəni fəallara, yazıçılara, insan haqları müdafiəçilərinə, sosial media fəallarına, məhbusların özlərinə və ailələrinə qarşı basqı və işgəncələrin davam etdiyini, qanunsuz  həbs, edam və şallaq cəzalarının verildiyini söyləyib.

Pərviz Yari ötən günəş ilində ən azı 12 nəfər güney azərbaycanlı jurnalist, yazıçı, mədəni fəal, şair, öyrəncinin həbs olunduğunu, onların 53 nəfərinin saxlanılma zamanı ağır fiziki işgəncələrə və fiziki təzyiqlərə məruz qaldıqlarını bildirib.

“Bir il müddətində keçirilən məhkəmə toplantılarında 49 azərbaycanlı fəal toplam 948 ay həbs, 1101 şallaq zərbəsi və 110 milyon tümən maddi cəzaya məhkum ediliblər”-deyə, Yari beynəlxalq media qurumuna verdiyi müsahibədə qeyd edib.

O, son ilin ən önəmli hadisələrindən biri kimi iyulun 24-də güney azərbaycanlıların Əl-Əhvaz (Xuzistan) ərəblərinin su problemi ilə bağlı keçirdikləri etiraz aksiyalarına dəstək mitinqləri keçirmələrini və bu mitinqlər zamanı 58 azərbaycanlı fəalın həbsnin olduğunu deyib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar