Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"-Xanımı

09.08.2022, 11:15

Güney azərbaycanlı rejissor Cəfər Pənahinin həyat yoldaşı Tahirə Səidi xarici mediaya müsahibə verib.

Gunaz.tv Quote | Gunaz article

Tahirə xanım koronavirusa yoluxan Cəfər Pənahinin Evin zindanından qısa müddətli xəstəxanaya aparıldığını və heç bir müalicə prosesi keçmədən yenidən həbsxanaya geri qaytarıldığını deyib.

"Cəfər Tehranın Taliqani xəstəxanasına yerləşdirildikdən sonra onun karantin dövrünü orada keçirəcəyini düşündük. Ancaq ona bağlanan serumu açıb və gözlənilmədən zindana geri qaytardılar.

İndi onunla əlaqə saxlaya bilmirik və durumundan nigaranıq"-deyə, rejissorun xanımı bildirib.

Cəfər Pənahinin oğlu Pənah Pənahi özünün sosial media hesabında atasının xəstəxanaya köçürülməsini şou adlandırıb.

"Məsull onu qısa müddətli xəstəxanaya köçürməklə "müalicə olunmasına imkan verilib" görüntüsünü yaratdılar və bu, çox qısa çəkdi"-deyə, Pənahinin oğlu yazıb.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. 

Cavidan 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

 “Görüş”də müzakirə: “İranda etiraz davam edir” və Hədis Nəcəfi”  -VİDEO

2022-09-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Etirazlar və milli görəvimiz” - VİDEO

2022-09-29

gun az article

Ailələrinə ərdəbilli fəalların durumu barədə məlumat verilmir

2022-09-29

gun az article

Məlikanda milli fəal Behnam Münəccimi həbs edilib

2022-09-29

gun az article

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

2022-09-28

gun az article

Əhərli fəal Saleh Molla Abbasi məhkəməyə çağırılıb

2022-09-28

gun az article

Mərənddə həbs edilən fəalar barədə məlumat verilmir

2022-09-28

gun az article

Təbrizdə etiraz aksiyasında milli şüarlar səsləndirilib

2022-09-28

gun az article

Güney Azərbaycan ayaqda: Ərdəbildə divarlara etiraz şüarları yazıldı

2022-09-28

gun az article

Urmu Universitetinin öyrənciləri tətil aksiyasına çağırış etdi

2022-09-28

gun az article

Təbrizdə saxlanılanlardan 40 nəfərinin kimliyi bəlli olub

2022-09-27

gun az article

ETTELAAT Urmuda milli fəalın evinə basqın edib

2022-09-27

gun az article

Təbriz Universitetində aksiya: Stomatologiya fakültəsinin öyrənciləri dərsləri boykot etdi

2022-09-27

gun az article

“Parlaq gələcək”də müzakirə: “Etirazların dəyərləndirilməsi” və “Hədis Nəcəfi”-VİDEO

2022-09-27

gun az article

Azərbaycanın "Şəhid Mədəni" Universitetinin öyrənciləri tətilə başlayıb

2022-09-27

gun az article

İran hökuməti etirazçılara qarşı məhkumlardan istifadə edir

2022-09-27

gun az article

Məlikanda həbs edilən fəallar aclığa başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallardan xəbər yoxdur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqələr yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27