SON XƏBƏRLƏR

Güneyli məktəbli ixtiralarına görə dünya üçüncüsü olub

2021.10.29, 09:35
Güneyli məktəbli ixtiralarına görə dünya üçüncüsü olub

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan Təhsil Baş İdarəsinin Parlaq İstedadlar İdarəsinin rəisi Şəhruz Allahverdizadə oktyabrın 28-də mediaya verdiyi açıqlamada bildirib.

O, qeyd olunan yarışın IFIA-nın himayəsi altında dünyanın hər yerindən 650 yenilikçinin iştirakı ilə 18-20 iyul tarixləri arasında virtual olaraq İsveçrədə keçirildiyini, nəticələrin isə bu günlər elan edildiyini deyib.

“Müsabiqə Beynəlxalq İxtiraçılar Federasiyasının üzvləri üçündür və şagirdlər mühəndislik, kompüter elmləri, kənd təsərrüfatı və ətraf mühit, kimya və biologiya və tibb kimi müxtəlif fənlər üzrə yarışırıblar.

Dünya Federasiyasında qeydiyyatdan keçmiş ixtiraçıların elmi və innovativ layihələri var. Fatimə Purhəsənin Dünya İxtiraçılar Federasiyasında qlobal ixtiraçı kimi adı siyahıya salınıb.

Onun profili və xüsusi kodu adı çəkilən federasiyanın İsveçrənin Cenevrə şəhərində daimi qərargahında qeydiyyatdan keçib”-deyə, Ş.Allahverdizadə bildirib.

Qeyd edək ki, Fatimə Purhəsən bundan öncə Cənubi Koreyada keçirilən beynəlxalq Elm və İxtira Festivalının qızıl medalını da qazanıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar