SON XƏBƏRLƏR

Güneyli müəllim həbs cəzasına məhkum edilib

2021.11.22, 12:57
Güneyli müəllim həbs cəzasına məhkum edilib

Gunaz.tv

Culfa şəhərinin İnqilab Məhkəməsi Lətif Ruzixaha “hökumətə qarşı təbliğat” ittihamı ilə 7 ay həbs cəzasının verilməsi barədə qərar çıxarıb.

İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurası Lətif Ruzixahın həbsi ilə bağlı bəyanat yayıb. Sənəddə müəllimə qarşı çıxarılan məhkəmə qərarını təhsil fəallarına və müəllimlərə qarşı İran hökumətinin basqı siyasətinin tərkib hissəsi adlandırıb.

Qeyd edək ki, hüquqları uğrunda mübarizə apardıqlarına və təhsil problemlərini qabartdıqları görə İran zindanlarında 15 müəllim saxlanılır.

Bundan öncə İran məhkəməsinin elektron sistemində dərc edilən bildirişdə Lətif Ruzixahdan noyabrın 10-da məhkəmədə olması istənilmişdi. 
Güneyli müəllim 14 oktyabr tarixində müəllimlərin etiraz aksiyasında iştirak etdiyi üçün məhkəməyə çağırılıb və ona qarşı oxşar ittiham irəli sürülüb.

Ruzixah bundan öncə də müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb.
Məhkəmə və təhlükəsizlik qurumları ona qarşı “ictimai asayişi pozmaq”, “ictimai rəyi təhrik etmək” kimi ittihamlar irəli sürülərək sinfi fəaliyyətlərinin qarşısını almağa çalışıblar.  

Culfalı müəllimin məhkəməyə çağrılmasının “İran Təhsil İşçiləri Dərnəkləri Koordinasiya Şurası”nın noyabrın 11-ə etiraz aksiyaları keçirmək barədə etdiyi çağırışla əlaqəli olduğu bildirilir.

Şuranın çağırışında əmək haqları və sıralama problemlərinin həll olunması ilə yanaşı əsas istək təhlükəsizlik orqanları tərəfindən həbs edilən müəllimlərin sərbəst buraxılmasıdır.

Qeyd edək ki, Lətif Ruzixah Şərqi Azərbaycan Müstəqil Mədəniyyət Dərnəyinin İdarə Heyətinin üzvüdür.

O, eyni zamanda İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurasının üzvü və Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsidir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar