SON XƏBƏRLƏR

Güneyli millət vəkili “Traxtur”a laqeyd münasibəti qınadı: "Kluba maliyyə ayırın"

2021.10.20, 07:36
Güneyli millət vəkili “Traxtur”a laqeyd münasibəti qınadı: "Kluba maliyyə ayırın"

Gunaz.tv

““İstiqlal” və “Perspolis” komandalarına ölkənin maliyyə qaynaqlarından vəsait ayrılır və ya ölkənin bəzi iqtisadi strukturlarından maddi yardımlar göstərilir, ancaq növbə bizə çatanda hər kəs hesab-kitab əhli olur”-deyə, millət vəkili Azərbaycan komandasına qarşı haqsızlıq edildiyini bildirib.

Hüseyn Hatəmi Şərqi Azərbaycan əyalətinin zəngin qaynaqlarından “Traxtur” komandasına maliyyə yardımı göstərilməli olduğunu qeyd edib.

“Azərbaycan mədənlərinin zəngin ehtiyatlarından “Traxtur” klubuna maliyyə yardımı ayırın. Əks halda İdman naziri və Sənaye, mədən və ticarət nazirinin parlamentdə impiçment məsələsini qaldıracağam”-deyə, millət vəkili xəbərdarlıq edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar