SON XƏBƏRLƏR

Güneyli milli fəal Nadir Sadiqiyan həbs cəzasına məhkum olunub

2021.10.24, 11:28
Güneyli milli fəal Nadir Sadiqiyan həbs cəzasına məhkum olunub

Gunaz.tv

Bununla yanaşı başqa bir hökmlə, İslam Cinayət Məcəlləsinin 46 və 47ci maddələrinin əlavə qeydinə əsasən, Sadiqiyanın həbs müddətinin yüz gününün icrası 4 il müddətinə ertələnib.

Bu barədə məhkəmə qərarı şifahi olaraq milli fəalın vəkili Əsgər Məhəmmədiyə bildirilib.

Sadiqiyan “kiber məkanda telekommunikasiya sistemləri vasitəsi ilə insanları zorakı hərəkətlərə təhrik və dəvət etmək” ittihamına görə isə noyabrın 1-də, yerli vaxtla saat 11:00-da Cəza Məhkəməsinin 111-ci bölməsində mühakimə olunacaq.

Nadir Sadiqiyan 26 iyulda Təbrizdə təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq təcridxanaya göndərilib və 11 avqustda Təbriz zindanına köçürülüb.

O, 14 avqustda girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Qeyd edək ki, iyulun 24-də Təbrizdə Əhvaz ərəblərinin su üsyanına dəstək mitinqi keçirilib.

Aksiyada “Azərbaycan Əl-Əhvaz, İttihad ittihad” və kimi şüarlar səsləndirilib.

Təbriz sakinləri bu aksiya ilə hökumətin digər millətlərə qarşı ayrı-seçkilik siyasətinə etiraz edib.

Etiraz aksiyası keçirilən gün, ondan öncə və sonrakı günlərdə onlarla azərbaycanlı fəal saxlanılıb.

Saxlanılanlar dindirildikdən sonra Təbriz zindanına köçürülüb, sonradan ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar