SON XƏBƏRLƏR

“Qərçək” zindanında rəzalət: Çirkab suları qadınların saxlanıldığı kameraya buraxılır

2022.06.11, 08:30
“Qərçək” zindanında rəzalət: Çirkab suları qadınların saxlanıldığı kameraya buraxılır

Gunaz.tv

Hüquq müdafiəçiləri həbsxana şəraitinin dözlüməz olduğunu və qadın məhbusların həyatına qarşı laqeyd yanaşıldığını bildirib.

Nərgiz Məhəmmədi başqa siyasi məhbus Aliyə Mətləbzadə ilə birgə 3 gündür qadınların saxlanıldığı zindanda tullantı və kanalizasiya sularının bölmələrə buraxıldığını, ağır gigiyenik böhranın yaşandığını və zindan məsullarının buna önəm vermədiklərini qeyd ediblər.

“Neçə gündür tullantı və kanalizasiya sularının zindan bölmələrinə axması, dözülməz səhralıq istisi və daimi təhlükəli kimyəvi çirkləndiricilərin artması 1000-dən çox qadın məhbusun saxlanıldığı zindanı işgəncə düşərgəsinə çevirib”-deyə, məktubda bildirilir.

Məktubda zəhərli və çirkli hava üzündən çox sayda məhbusun müxtəlif xəstəliklərə yoluxduğu, məhkumların özəlliklə tənəffüs problemi yaşadığı vurğulanır.

Həbsdə olan hüquq müdafiəçiləri hökumətin qida, içməli su, havalandırma, gigyenik imkanlar və s. çatışmazlıqların olduğu “Qərçək” zindanında saxlanılan məhbusları bilərəkdən sarsıtmağa çalışdığını deyiblər. Qeyd edək ki, “Qərçək” zindanı İranda ən qorxulu və çətin şərayitə malik həbsxanalardan biri olduğu üçün ora mədəni və siyasi fəallar arasında “işgəncə mərkəzi” adlandırılır.

Bir müddət öncə Sərhədsiz Reportiyorlar Birliyi İran hökuməti və məhkəmə sistemi rəhbərliyinə müraciət edərək “”Qərçək Zindanı ilə bağlı möcvud olan narahatlıqlara aydınlıq gətirmələrini istəmişdilər.

Bundan öncə quşçuluq ferması kimi istifadə olunan “Qərçək” zindanı sonradan narkomanların saxlanma mərkəzinə, daha sonra isə qadın məhkumların cəzaçəkmə müəssisəsinə çevrilib və hazırda orada 1200 məhkum  saxlanılır. 

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar