SON XƏBƏRLƏR

Güneyli rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir

2023.02.02, 08:56
Güneyli rejissor Cəfər Pənahi aclıq aksiyası keçirir

Gunaz.tv

Bu barədə rejissorun həyat yoldaşı Tahirə Səidi özünün sosial media hesabında yazıb.

Səidinin yazdığına görə, Cəfər Pənahi haqqında edilən qanunsuzluqlara və hüquqlarımın pozulmasına görə, fevralın 1-dən quru aclıq aksiyasına başlayıb.

"Quru aclıq aksiyasını sərbət buraxılana və ya həyatımı itirənə kimi davam etdirəcəyəm"- deyə, güneyli rejissor telefon danışığında həyat yoldaşına bildirib.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi 2022-ci il iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar