SON XƏBƏRLƏR

Güneyli rejissor "Urmu gölü uşaqları" adlı sənədli film çəkib

2022.07.25, 10:00
Güneyli rejissor "Urmu gölü uşaqları" adlı sənədli film çəkib

Gunaz.tv

Əlimuradi filmində Urmu gölünün quruması və bunun ıtraf kəndlərdə əhalinin sağlamlığına vurduğu ziyanları əks etdirir.

Filmdə son 10 ildə gölün quruma prosesi və bunun bölgə kəndlərində xəstəliklərin, özəlliklə xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olduğu göstərilir.

Əlimuradi Urmu gölünün qurumasının xüsusilə Şərqi Azərbaycan əyalətinin Binab və Əcəbşer arası kəndlərində, o cümlədən Ziynətli, Kuxarlı, Ağ günbəd, Gəmiçidə əhalinin çox saylı xəstəliklərə, xərçəngə yoluxmaları barədə faktları ortaya qoyur.

"Hələ 2011-ci ildə uç tərəfdən Urmu gölü ilə əhatə olunan Ziynətli kəndindən çəkiliş apardım. Kənd əhalisi yoluxduqları xəstəliklərdən danışıb və bunun Urmu gölündə baş verən ekoloji dəyişikliklərlə bağlı olduğunu, eyni halda bunun kənd təsərrüfatı sahəsinə ciddi ziyan vurduğunu dedilər. Mən bunları bundan öncə çəkdiyim "Ekizlər" sənədli filmimdə göstərmişəm"-deyə, güneyli rejissor "Anadolu" xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

O, gölün quruması nəticəsində baş verən duz fırtınalarının zəhərli, təhlükəli olduğunu bildiyini, ancaq bunun qarşısının alınması üçün nədən tədbir görülmədiyinin səbəblərini başa düşmədiyini söyləyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar