SON XƏBƏRLƏR

Güneyli rejissor Cəfər Pənahi həbsxanaya köçürüldü

2022.07.12, 13:57
Güneyli rejissor Cəfər Pənahi həbsxanaya köçürüldü

Gunaz.tv

Bundan öncə 2011-ci ildə Pənahi Tehran İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilmiş və 20 il filmin çəkilişi, ölkədən çıxışına qadağa qoyulmuşdu.

Azərbaycanlı kinorejissorun yaxınları Cəfər Pənahinin Evin zindanına köçürülməsini qeyd olunan cəzanın icrası ehtimalı ilə bağlı ola biləcəyini deyirlər.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Cəfər Pənahi iyulun 9-da “Silahını yerə qoy” etiraz bəyanatını imzalayan kinematoqraflar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı kinematoqraf və mədəniyyət fəalından biridir.

Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kinematoqrafçı ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının Yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar