SON XƏBƏRLƏR

Güneydə türkcə "Bənsu" adına şəxsiyyət vəsiqəsi verilmir

2021.10.21, 10:30
Güneydə türkcə "Bənsu" adına şəxsiyyət vəsiqəsi verilmir

Gunaz.tv

O, İran Qeydiyyat İdarəsinin qızı “Bənsu”nun adının öz ana dilində olduğuna görə, ona iki ildir şəxsiyyət vermədiyini qeyd edib.

“Qızım Bənsunun iki yaşı var. Lakin bu günə qədər ona ana dilində ad seçdiyim üçün şəxsiyyət vəsiqəsi ala bilməmişəm”-deyə, Meysəm Nicati özünün "twitter" hesabında türk və fars dillərində etdiyi paylaşımında bildirib.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar