SON XƏBƏRLƏR

Güneyli vəkil Qasım Bodiyə həbs cəzası verilib

2022.12.06, 06:52
Güneyli vəkil Qasım Bodiyə həbs cəzası verilib

Gunaz.tv

Təbrizin ikinci cəza məhkəməsi "hökumətə qarşı təbliğat" və "vətəndaşları iğtişaşa sövq etmək" ittihamlarına görə, güneyli vəkilə 5 ay həbs, 8 milyon tümən cərimə cəzası verməklə yanaşı, 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub.

Qasım Bodi oktyabrın 25-də başqa iki azərbaycanlı vəkil Sina Yusifi və Əmir Mehdipurla birgə  qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına, işlərinə baxılmamasına və hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayacağını bildirmişdi.

Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad edilsələr də, Qasım Bodi Təbriz zindanında saxlanılır.

Şərqi Azərbaycan Vəkillər Birliyinin dörd üzvü oktyabrın 14-də Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini açıqlamalarından sonra həbs ediliblər.

Sina Yusifi, Əmir Mehdipur və Negin Kiyani bir müddət Təbriz həbsxanasında saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar