SON XƏBƏRLƏR

Türkay adlı azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verilib

2022.06.02, 07:23
Türkay adlı azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verilib

Gunaz.tv

Sina Yusifi məhkəmə qərarını özünün sosial şəbəkə səhifəsində paylaşıb. 

"Azərbaycanlılar öz övladlarına istədiyi adı qoymaq üçün çətin məhkəmə proseslərindən keçməyə məcbur olurlar. Lakin onlar mədəni yolla öz hüquqlarını əldə etməkdən əl çəkməyəcəklər”-deyə, Sina Yusifi bundan öncə məsələ ilə bağlı verdiyi açıqlamada bildirmişdi.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar