SON XƏBƏRLƏR

İranda azərbaycanlı uşaqlara türk adlarının qoyulması ilə bağlı qadağalar artıb

2022.03.16, 07:56
İranda azərbaycanlı uşaqlara türk adlarının qoyulması ilə bağlı qadağalar artıb

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında paylaşım edib.

“Bu günlər İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarının qoyulmasını qadağan etməsi və sənədləşdirməməsi o qədər çoxalıb ki, hər gün onlarla insan Qeydiyyat İdarəsində şikayət verirt. Bu, güc, polis və güllə hesabına insanların ilkin hüquqlarını pozmaqdır”-deyə, vəkil yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb.

Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından birisidir.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar