SON XƏBƏRLƏR

ETTELAAT-ın göstərişi ilə güneyli vəkilin iş icazəsi ləğv edilib

2022.02.07, 10:09
ETTELAAT-ın göstərişi ilə güneyli vəkilin iş icazəsi ləğv edilib

Gunaz.tv

O, bu barədə özünün sosial media hesabında yazıb.

Vəkil bildirib ki, ETTELAAT-ın basqısı nəticəsində vəkillik icazəsinin Şərqi Azərbaycan Vəkillər Kollegiyası tərəfindən ləğv olunub.

Mehrəlibəyli Şərqi Azərbaycan Vəkillər Kollegiyasının başçısı ona qarşı belə qərarın ETTELAAT-ın Şərqi Azərbaycan əyaləti üzrə baş idarəsinin məktubu əsasında verildiyini bildirib.

“Bir vəkil olaraq bu işin sonuna kimi gedəcəyəm və arxayınam ki, bu yolda haqq və azadlıq istəyənlər mənə arxa duracaqlar”-deyə, Yılmaz Mehrəlibəyli məsələ ilə bağlı etdiyi paylaşımında yazıb.

Qeyd edək ki, Yılmaz Mehrəlibəyli tanınmış Güney azərbaycanlı fəal, keçmiş siyasi məhbus Yürüş Mehrəlibəylinin qardaşıdır.

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərinin Şüca kəndindən olan hər iki qardaş bundan öncədə Güney Azərbaycan türklərinin milli hüquqları uğrunda apardıqları fəaliyyətlərə görə kəşfiyyat və təhlükəsizlik orqanlarının basqılarına məruz qalıblar.

C.E   
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar