SON XƏBƏRLƏR

Güneyli idmançı Rusiyaya etirazına görə milli komandadan qovuldu

2022.04.11, 11:04
Güneyli idmançı Rusiyaya etirazına görə milli komandadan qovuldu

Gunaz.tv

O, bundan öncə “Mis-i Rəfsəncan” futzal klubundan çıxarılmışdı.

Onun klub və milli klubdan qovulmasına səbəb Rusiyanın Ukraynaya qarşı işğalına etiraz etməsi səbəb olub.

27 yaşlı idmançı bundan öncə qadınlardan ibarət “Mis-i Rəfsəncan” və “Palayiş-i Abadan” futzal klublarının oyununda qol vurduqdan sonra formasının altında “müharibəni dayandırın” yazısını göstərmişdi.

“Texniki heyətin mənim bundan sonra komandada çıxış etməyəcəyimi bildirəndən sonra mənəvi sarsıntı keçirdim”-deyə, Məhsa Kamali bildirib.

O, bundan öncə 2018-ci ildə Asiya Futzal Yarışlarında İranın qadınlardan ibarət futzal komandasının birinci yeri tutmasındakı roluna görə mükafatlandırılmışdı.

Xanım idmançının Rusiyanın Ukraynaya təcavüzünü pisləyən şüarı klub rəhbərliyinin acığına gəlib və onlar belə halların yolverilməz olduğunu deyiblər.

“Mis-i Rəfsəncan” klubu məsələ ilə bağlı bəyanat yayıb və oyunçunun qovulmasını onun klub qaydalarına zidd olaraq siyasi hərəkət etməsi göstərilib.

Son günlər başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla İran rəsmiləri, o cümlədən prezident İbrahim Rəisi və başqa vəzifəlilər Ukraynadakı mövcud vəziyyətə münaisbət bildiriblər.
 
Onlar Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb, Amerikanı “şeytan” adlandırıblar.

İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb. 

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar