SON XƏBƏRLƏR

Güneyli yazıçı Qulamhüseyn Saidinin doğum günüdür

2022.01.14, 11:37
Güneyli yazıçı Qulamhüseyn Saidinin doğum günüdür

Gunaz.tv

Qulamhüseyn Əliəsgər oğlu Saidi 1936-cı il yanvarın 14-də Təbriz şəhərində dünyaya göz açıb.

İlk və orta təhsilini Təbrizin “Bədr” və “Mənsur” məktəblərində başa vuran Saidinin təhsil aldığı vaxtlarda ilk hekayələri “Daneşamuz” həftəlik dərgisində, “Yıxılmayanlar” romanı isə “Kəbutəri solh” dərgisində nəşr olunub.

Yeniyetməlik yaşında siyasi-ictimai fəaliyyətə başlayan Qulamhüseyn Saidi  müxtəlif nəşrlərdə çalışıb.

O cümlədən “Fəryad” və “Cəvanani Azərbaycan” gündəliklərinin nəşrinə məsul olub.

Orta məktəbdə oxuyarkən bədii yaradıcılıqla məşğul olan, ictimai işlərdə fəallıq göstərən Qulamhüseyn Saidi 1951-ci ildə İranda başlamış demokratiya uğrunda mübarizəyə qoşulur. 

İctimai-siyasi fəaliyyətinə görə şah rejimi tərəfindən həbs edilir. Bir neçə aylıq istintaqdan sonra fəaliyyətində qanuna zidd heç bir şey tapmadıqlarından onu həbsdən azad etmək məcburiyyətində qalırlar. 

20 yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunan Qulamhüseyn Saidi təhsil aldığı müddətdə yazıçı-pedaqoq Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və digərləri ilə dostlq edir.

O, ölkəni gerilikdən qurtarmaq haqqında keçirilən müzakirələrdə fəal iştirak edir. 

Nümayişlərdə, tələbə hərəkatlarında fəallıq edən Qulamhüseyn Saidi 1961-ci ildə Təbriz Universitetini bitirib psixoloq ixtisası alaraq həkimlik faəliyyətinə başlamaq istəyir. Lakin həkim kimi işə başlaya bilmir. Onu əsgəri xidmətə cəlb edərək Tehran şəhərinə göndərirlər. 

Hərbi xidtmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç qısa hekayə yazır. Bu hekayələr ölümündən sonra “Kilk” adlı jurnalda nəşr edilir.

"Qohər Murad" ləqəbi və ilk laraq şeirlə ədəbiyyata gələn Qulamhüseyn Saidi publisistikada, nəsrdə, dramaturgiyada, həmçinin tərcümə sahəsində də qələmini sınayır. 1965-1975-ci illərdə 80 əsər, o cümlədən pyes, hekayə, pantomim, roman yazır və tərcümələr edir. 

1964-cü ildən Calal Al-Əhmədin rəhbərlik etdiyi İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmağa başlayan Qulamşüseyn Saidi “Keyhan”, “İttilaat”, “Ayəndəqan”, “Azadi”, “Rəhayi” və s. qəzet, jurnallara məqalələr yazır, “Əlifba” jurnalını nəşr edir.

Araşdırmalar mərkəzindəki işi ilə bağlı səfərlərə çıxan Qulamşüseyn Saidi Azərbaycanın bir çox şəhər və kəndlərini, İranın cənub bölgələrini qarış-qarış gəzib dolaşır, xarici ölkələrdə olur.

Səfər təəssüratlarını və topladığı etnoqrafik materialları “Xiyav, ya Meşkin şəhər”, “İlxıçı”, “Qaradağ”, “Körfəz kənarında xoş bir kölgə”, “Sadə havaşünaslıq”, “Ah- nalə” adlı kitabda çap etdirir.

O, 1965-ci ildə yazmış olduğu səkkiz hekayəni bir yerə toplayaraq Tehranda “Bəyəldə yas” adı altında çap etdirir. Bundan sonra gənc yazıçının cəmiyyətdəki nöqsanları tənqid etməsini dövlət əleyhinə aparılan təbliğat kimi qiymətlədnirib həbs edir, ağır işgəncələrə verirlər.  

1979-cu ildə İranda İslam İnqilabı qələbə çaldıqdan qısa müddət sonra inqilabın ümidləri doğrulmadığını görən Qulamhüseyn Saidi yenidən müxalifə qoşulur. İran Yazıçılar Cəmiyyətini yaradanlardan biri olur.

Rejimin müxaliflərə qarşı təqib və təzyiqləri artıdığı üçün Qulamhüseyn Saidi dözülməz şəraitdən cana doyub 1982-ci ilin sonlarında Fransaya gedir. Parisdə olarkən Bədr Lənkərani adlı bir xanımla ailə qurur.

O illərdə “Otello qəribə məmləkətdə”, “Nurlu qəlblər”, “Doktor Əkbər” və “Renessans” ssenarilərini və Dariyuş Mehrcuyi ilə birlikdə “Ev təmiz olmalıdır” hekayəsi əsasında “Molus-Korpus” ssenarisini yazır. 

Parisdə olan müddətdə yenidən “Əlifba” jurnalının nəşrinə başlayan Qulamhüseyn Saidi dörd ilə jurnalın yeddi sayını çap etdirə bilir. Qulamhüseyn Saidi “Şəhərdə bir qərib”, “Top” “Gülər üzlü tatar” romanlarını tamamlasa da, “ Ölüm yeri“, “Sınıqçı” əsərlərini tamamlayıb nəşr etdirə bilmir. 

Qulamhüseyn Saidi 1985-ci il noyabr ayının 23-də –,49 yaşında Parisdə dünyasını dəyişir və Perlaşen qəbristanlığında dəf edilir.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar