SON XƏBƏRLƏR

Güneyli öyrənci Türkiyədə Urmu gölü ilə bağlı veloyürüş keçirib-VİDEO

2022.08.03, 06:59
Güneyli öyrənci Türkiyədə Urmu gölü ilə bağlı veloyürüş keçirib-VİDEO

Gunaz.tv

Hüquq fakültəsinin öyrəncisi olan Həmzəzadə keçdiyi yollarda plakatlar açaraq Türkiyə vətəndaşlarını Urmu gölünün qurumasının acı nəticələri barədə bilgiləndirməyə çalışıb.

O, bununla yanaşı plakatlarda İran hökumətinin ekoloji problemə laqeydliyini, Urmu gölünün canlandırılması üçün aksiya keçirənlərə qarşı təzyiq göstərdiyini tənqid edən şüarlar nümayiş etdirib.

Güneyli öyrəncinin plakatlarında "Urmu gölünü qurtarın, "Urmu gölü ölsə biz də öləcəyik", "İran hökuməti Urmu gölünün qurudulmasına görə məsuliyyət daşıyır", "Urmu gölü quruyarsa milyonlarla insanın həyatı təhlükəyə düşəcək" və başqa bu kimi şüarlar qeyd olunub.

Türkiyədə təhsil alan müxtəlif ölkələrdən bir neçə başqa öyrənci əllərində plakatlar qaldıraraq Urmu gölü ilə bağlı ekoloji fəlakət barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Əli Həmzəzadə ötən ilin yayında işğal altında olan Qarabağın azad edilməsi və İrandakı türklər üçün türkcə kitabların hazırlanması ilə əlaqədar Antalyadan Gürcüstan sərhəddinə 30 günlük veloyürüş etmişdi.

Ləğv edilmiş tələbə nəşri olan “Açıq Söz”ün baş redaktoru olan Əli Həmzəzadə Türkiyədə təhsil aldığı müddətdə “Özgürlük Yolçusu” adı altında velosiped turları vasitəsilə Güney Azərbaycanla bağlı məsələləri gündəmə gətirməyi planlaşdırır.

 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar