SON XƏBƏRLƏR

Süngün mis mədənində narazı işçilər həbs edilib-VİDEO

2022.07.06, 06:31
Süngün mis mədənində narazı işçilər həbs edilib-VİDEO

Gunaz.tv

Saxlanılanlar Vəliullah Məhəmmədi və Ərşəd Kazımpur adlı işçiərdir.

Onların əmək haqlarının bərabərləşdirilməsi və mədənçilərin başqa hüquqlarının təmin olunması istəyi ilə keçirilən etiraz aksiyasında təşkilatçılıq etdikləri ittihamı ilə saxlanıldıqları bildirilir.

İşçi hərəkatı fəalları bununla yanaşı başqa etirazçıları qorxutmaq və aksiyaların qarşısını almaq üçün mədən ərazisinə çox sayda silahlı məmurun cəlb olunduğunu deyirlər.

Bununla yanaşı bu gün iyulun 6-ı səhər saatlarından mədən ərazisinə qıda, içməli su və mədənçilər üçün başqa vacib malların gətirilməsinə qadağa qoyulub, işçilər üçün fəaliyyət göstərən mətbəx və yeməkxana bağlanıb.

İşçi fəalları bunun dünən günortadan tətil aksiyasına başlayan mədənçiləri aksiyaya son qoymağa məcbur etmək məqsədilə edildiyini bildirirlər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar