SON XƏBƏRLƏR

Süngün mis mədəni ətrafında ekoloji fəlakət davam edir

2022.12.23, 08:08
Süngün mis mədəni ətrafında ekoloji fəlakət davam edir

Gunaz.tv

Bundan öncə məsələnin İran parlamentində belə bir neçə dəfə müzakirəyə çıxarılmasına baxmayaraq, qeyri-standart istismar nəticəsində Qaradağ meşələri məhv edilməkdə və ətraf mühit zəhərli tullantılarla çirkləndirilməkdədir.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunsa da, mədən istismarçıları buna riayət etmir.

Qeyd edək ki, Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar