SON XƏBƏRLƏR

Süngün mis mədənində tətil aksiyası davam edir-VİDEO

2021.10.20, 07:36
Süngün mis mədənində tətil aksiyası davam edir-VİDEO

Gunaz.tv

İşçilər havanın soyuq olmasına baxmayaraq, gecə mədən sahəsində çadırlar quraraq aksiyalarını davam etdiriblər.

Narazılar rəhbərlikdən irəli sürdükləri tələblərin yerinə yetirilməsini istəyiblər.

Qeyd edək ki, onlar dözülməz iş şəraitinə, əmək haqlarının aşağı olmasına, əmək təhlükəsizliyinin qorunmamasına etiraz edirlər.

Mədəndə işləyən və tətil aksiyasına qoşulan 500 işçinin ortalama aylıq əmək haqları 5-7 milyon tümən arasındadır.

Son hesablamalara görə, hazırda İranda 11 milyon tüməndən az gəliri olan ailələr yoxsulluq həddi altında sayılırlar.

500-ə yaxın işçinin iki gündür davam edən tətil aksiyasına baxmayaraq, mədən rəhbərliyi və başqa əlaqədar qurumlardan onlarla görüşən olmayıb. ​

C.E

 

 
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar