SON XƏBƏRLƏR

Süngün mis mədəninin işçiləri döyülüb

2022.06.25, 05:41
Süngün mis mədəninin işçiləri döyülüb

Gunaz.tv

İran Azad Həmkarlar Birliyinin verdiyi məlumata görə, “Ahənacin” şirkətinin işçisi olan Qurban İsgəndərzadə iyunun 24-də şirkətin səlahiyyətli nümayəndəsi tərəfindən döyülüb.

Ciddi bədən xəsarətləri alan işçi Əhər şəhərinin “Baqir ül-Ulum” xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra mədən işçiləri işi dayandıraraq etiraz aksiyası keçirib və şirkət rəhbərliyinin həmkarlarına qarşı zorakılığa görə məsuliyyətə cəlb olunmasını tələb ediblər. 

Qeyd edək ki, Süngün mis mədəni şirkətlər qrupuna daxil olan “Ahənacin” şirkətində 700 işçi çalışır.

Onlar bir il yarım bunda öncədən əmək haqlarının aşağı olmasına etiraz olaraq aksiya keçirib.

Aksiyalarda əmək haqlarının ödənilmədiyini vurğulayan fəhlələr sığorta xidmətlərindən istifadə edə bilmədiklərini bildiriblər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar