SON XƏBƏRLƏR

Zənganın su və kanalizasiya layihələrinə vəsait ayrılmır

2021.11.17, 13:45
Zənganın su və kanalizasiya layihələrinə vəsait ayrılmır

Gunaz.tv

Əyalətdə su və kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün nəzərdə tutulan layihələrini tamamlamaq üçün 2500 milyard tüməndən çox vəsaitin tələb lazım olduğu bildirilir. 

Zəngan əyalətinin Su və Kanalizasiya Şirkətinin başçısı Əlirza Cüz Qasimi mətbuata verdiyi açıqlamada Zəngan şəhərinin kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün başladılan layihənin üstündən 29 il ötməsinə baxmayaraq vəsait çatışmazlığı ucbatından yarımçıq qaldığını qeyd edib.

Cüz Qasimi layihəyə lazim olan 1400 milyard tümən büdcənin olmadığı səbəbindən Zəngan şəhərində yalnız 63 min abunəçinin kanalizasiya sisteminə qoşula bildiyini söyləyib.

O, bununla yanaşı Zəngan şəhərinin içməli su təminatı üçün nəzərdə tutulan layihələrində yarımçıq qaldığını, 500 milyard 300 milyon tümən vəsait tələb olunduğunu deyib.

Su və Kanalizasiya Şirkətinin başçısı əyalətin bir çox bölgələrində oxşar problemlərin olduğunu, layihələrin yarımçıq qaldığını və yeni hökumət dövründə bunun həlli üçün addım atılacağına ümid etdiklərini bildirib.

C.E
 

مدیرعامل شرکت آب و فاضلاب استان زنجان | اعتمادآنلاین

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar